“Əzizlərim, hər şey qaydasındadır. Əlverişsiz hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib”. Musavat.com xəbər verir ki, helikopterinin təcili enişinə münasibət bildirən Ermənistan Baş naziri Nikol Paşinyan bunu "Facebook" hesabında paylaşıb. “İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram”, - o əlavə edib.
Azərbaycanın Qazax istiqamətində hərbi-strateji mövqeləri gücləndi, perspektivdə anklavların, həmçinin SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin azad ediləcəyi gözləntisi də var. Mayın 24-də Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olundu, Dövlət Sərhəd Xidməti isə əraziləri nəzarətə götürdü.
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər. Şahin Mustafayevin xidməti bildirir ki, Qazax rayonu ərazisində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib, bununla 6,5 kvadrat kilometr ərazinin Azərbaycana qaytarılması mümkün olub. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi. Qeyd edək ki, Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
TVMusavat-ın bu gün saat 12:10-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla gündəmi müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: