2024-cü ilin ilk dörd ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 milyard 144,3 milyon manat proqnoza qarşı 13 milyard 259,4 milyon manat və ya 109,2 faiz təşkil edib.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 94,4 milyon manat və ya 9,0 faiz çoxdur.
2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib.
Musavat.com