Doqquzuncu mərtəbədən yıxılan uşağı göydə tutdu: film kimi OLAY

Rusiyanın Moskva vilayətində film kimi olay yaşanıb.

Domodedovo şəhərinin Kurıjova küçəsində 9-cu mərtəbədən yıxılan 4 yaşlı uşaq xilas olunub.

Belə ki, 6-cı sinif şagirdi Əmir Abaçev azyaşlının binadan yıxıldığını görüb. Əmir dərhal qaçaraq onu tutub. Uşaq yerə dəyməyib, yüngül sınıq olub. O, Roşal Uşaq Klinik Mərkəzinə aparılıb.  (lent.az)

25.04.2025 21:02
1012