Bu ilin əvvəlindən Çin hökuməti məşğulluğu stimullaşdırmaq üçün 66,7 milyard yuan (valyuta məzənnəsi ilə təxminən 9,5 milyard dollar) subsidiya ayırıb.
Musavat.com xəbər verir ki, bunu Çinin maliyyə naziri Lan Foan deyib.
Mətbuat konfransında sualları cavablandıran nazir deyib: "Biz insanların əsas dolanışıq vasitələri ilə təmin edilməsi üçün daha çox səy göstərmişik. İlin əvvəlindən məşğulluğu təmin etmək üçün mərkəzi büdcədən 66,7 milyard yuan məbləğində subsidiyalar ayrılıb".
Qurum rəsmisinin sözlərinə görə, bu vəsait əhalinin ali təhsil müəssisələrinin məzunları kimi əsas qruplarının işlə təmin olunması, eləcə də vətəndaşların peşə vərdişlərinə yiyələnməsi prosesinin təşkili istiqamətində regional hakimiyyət orqanlarının işinə dəstək vermək üçün istifadə edilib.
Lan Foan qeyd edib ki, yanvar-sentyabr aylarında Çin dövlət büdcəsinin təhsil xərcləri 3 trilyon yuan (təxminən 425 milyard dollar) təşkil edib.
Musavat.com