NATO-nun baş katibi Mark Rutte bildirib ki, o, Ukraynanın Alyansa 33-cü və ya 34-cü üzvü kimi qoşulacağını istisna etmir, lakin o, jurnalistlərin Ukraynanın Alyansa dəvət edilməsinin mümkün olub-olmaması ilə bağlı suallarına dəqiq cavab verməyib. Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib. Rutte qeyd edib ki, hazırda NATO-nun 32 üzvü var.
"İndi deyəsən, 33 nömrəli Ukrayna olacaq, amma ola bilsin ki, onun qarşısında başqa biri çıxsın. Amma Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq", - Rutte əminlikləm ifadə edib.
Rusiya ordusu isə Donetsk vilayətinin Maksimilyanovka yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Fikrət Fəraməzoğlu ilə Zelenskinin qələbə planını müzakirə edir.
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: