Donetskdə bazar atəşə tutuldu - 25 nəfər həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin işğal altında olan Donetsk şəhərindəki “Merkuri” qapalı bazarını atəşə tutması nəticəsində 25 nəfər ölüb.

Bu barədə qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşılin deyib.

Onun sözlərinə görə, ən azı 20 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti orta ağırdır: “Bütün yaralılara lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralılar da var, bir çoxunun həyati orqanları ciddi zədələnib”.//Report

21.01.2024 16:33
995