Donetsk və Xerson vilayətlərində son 24 saat ərzində 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.
Məlumata görə Xerson vilayətində Rusiyanın zərbələri nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hündürmərtəbəli yaşayış binasına və 30 fərdi evə, bir avtobusa və şəxsi avtomobillərə ziyan dəyib.
Donetsk vilayətində bir sakin ölüb - Yasenovo kəndində gün ərzində bölgədə daha 14 nəfər yaralanıb.
Rusiya Xerson və Donetsk vilayətlərinə hücumları ilə bağlı xəbərlərə reaksiya verməyib.