Dönərxanada yanğına səbəb bu imiş- FOTO, VİDEO  

Metronun "Netçilər" stansiyasının yaxınlığındakı dönərxanada baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 29 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının elektrik təsərrüfatında baş vermiş qısaqapanma nəticəsində binanın birinci mərtəbəsində yerləşən "Manqal dönər"ə məxsus havalandırmanın motorxanasında bir ədəd kondisioner əriyib.

Hadisə nəticəsində ümumi sahəsi 120 kvatdrat ərazi yanğından mühafizə olunub. Yanğın 13:00 da söndürülüb, binalar zərər görməyib.

Afaq Mirayiq,
Musavat.com

13.06.2024 14:17
582