Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı: Araşdırma başladı

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

Axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.

***

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

Axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 25 nəfəri keçib.

Bu gün axşam saatlarından başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə 25 nəfərdən artıq şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.

***

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.

***

“Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə beşi uşaq olmaqla 15 nəfər (10 qadın cinsli, beş kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub”.

Bu barədə TƏBİB-dən məlumat verilib.

“Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”, - məlumatda qeyd olunub.

07.05.2024 22:35
2193