Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb

ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb.

AZƏRTAC bu barədə Euronews telekanalına istinadla xəbər verir. Sabiq dövlət başçısı Cənubi Karolina ştatının Kolumbiya şəhərində tərəfdarları qarşısında çıxışı zamanı 2024-cü ildə keçiriləcək seçkilərin ölkənin xilası üçün yeganə şans olduğunu və bunu edə biləcək liderə ehtiyac duyulduğunu deyib.

2020-ci ildə keçirilən seçkilərdə Birləşmiş Ştatların hazırkı prezidenti Cozef Baydenə məğlub olan Donald Tramp bir müddət öncə dövlət başçısı postu uğrunda mübarizəyə başlamaq barədə qərar qəbul edib.

 

30.01.2023 14:40
302