Dollarla bağlı vacib AÇIQLAMA

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) dollar üzrə baza dərəcəsi ilə bağlı qərar qəbul edib.

Qurum federal fondların dərəcəsi üçün hədəf aralığını 5,25-5,5% səviyyəsində saxlamağa qərar verib.

Məlumata görə, hədəf dərəcə diapazonunda hər hansı düzəlişləri nəzərdən keçirərkən, FED risklərin perspektivlərini və balansını diqqətlə qiymətləndirəcək.

Həmçinin, FED inflyasiyanın hədəf 2%-ə doğru hərəkətinə daha böyük inam əldə olunana qədər dərəcə diapazonunun azaldılmasını məqsədəuyğun hesab etmir.//Yenisabah

13.06.2024 09:15
1743