Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Musavat.com AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 32,3 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (15 sentyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 16,3% azalıb.