Dollarla bağlı mühüm xəbər: FED açıqladı ki...

ABŞ Federal Ehtiyat Sistemi (FED) bu gün keçirilən iclasında baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlanması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat tənzimləyicinin saytında açıqlanıb.

Məlumatda qeyd edilir ki, inflyasiyanın davamlı olaraq 2 faiz hədəfinə yaxınlaşdığına əminlik yaranana qədər faiz dərəcələrinin azaldılması düzgün hesab olunmayıb.

Eyni zamanda tənzimləyici ABŞ-ın cari il üçün ÜDM artımı proqnozunu 1,4 faizdən 2,1 faizə qədər yaxşılaşdırıb. 2025-ci ildə isə FED əvvəllər gözlənildiyi kimi 1,8 faiz deyil, 2 faiz artım proqnozlaşdırır.

FED ölkədə inflyasiya proqnozunu 2,4 faiz səviyyəsində saxlayıb, 2025-ci il üçün isə onu 0,1 faiz artıraraq 2,2 faizə çatdırıb. Eyni zamanda, işsizlik proqnozu 4,1 faizdən 4 faizə endirilib.

Musavat.com

20.03.2024 22:34
2629