ABŞ-də mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) çərşənbə günü keçirilən iclasdan sonra baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb.
Bildirilib ki, ABŞ hökuməti uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2% inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlərə dəstək olaraq, FED federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamağa qərar verib.
Qeyd olunub ki, FED həmçinin xəzinədarlıq və ipoteka qiymətli kağızlarını azaltmağa davam edəcək./Oxu.az