Dollara tələbat artır: devalvasiya olacaq?

“Milli Bankın keçirdiyi son 3 hərracda 300 milyon dollardan artıq satış olub. Bu isə ondan xəbər verir ki, dollara tələbin artması davam edir. Digər mühüm məqam isə qonşu ölkələrdə milli valyutaların məzənnəsinin dəyişməsinin psixoloji tərəfləridir. Region ölkələrində milli valyutaların dəyər itirməsini müşahidə etdik. Bu da nəticə etibarilə birbaşa valyuta məzənnəsinə təsir göstərir”.

Bunu millət vəkili Vüqar Bayramov Bakupost.az -a deyib.

Onun sözlərinə görə, dollara tələbatın artması iqtisadi baxımdan idxalın yüksəlməsi, eyni zamanda psixoloji olaraq tələbin artması ilə bağlıdır:

2023-04-17-10-53-02ETy4bBgjNDmWDohDAfcz_file.jpg (143 KB)

“Çünki biz bazarda psixoloji olaraq tələbin yüksəlməsini də müşahidə edirik”.

Millət vəkili qeyd edib ki, valyuta məzənnəsinin necə dəyişməsi isə Mərkəzi Bankın mövqeyindən asılı olacaq:

“Çünki Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın kursu birbaşa Mərkəzi Bankın mövqeyi ilə bağlıdır”.

01.03.2024 14:05
3080