Dollar və avro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI - Kəskin ucuzlaşdı

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artırmaq qərarından sonra ölkənin milli valyutası əsas dönər valyutalara qarşı möhkəmlənməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu gün Mərkəzi Bankın qərarından sonra lirə dollara qarşı 6,3 faiz dəyər qazanıb.

1 dollar 27,2 lirədən 25,5 lirəyə düşüb. Avro isə lirə qarşısında 6,1 faiz dəyər itirib. 1 avro 29,5 lirədən 27,3 lirəyə qədər ucuzlaşıb.

Beləliklə, son 2 ildə ilk dəfə lirənin əsas valyutalara qarşı belə kəskin möhkəmlənməsi qeydə alınıb. Analitiklərə görə, bu, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini bütün gözləntilərdən daha sərt – 17,5 faizdən 25 faizə yüksəltməsi ilə bağlıdır.

Musavat.com

24.08.2023 17:42
3736