Türkiyə birjalarında valyutaların dalğalanması prosesi davam edir.
Musavat.com xəbər verir ki, dollar səhər saatlarında birjalarda 0.27 faiz dəyər qazanıb. Hazırda 1 dollar 25.96 lirəyə mübadilə olunur.
Bildirək ki, ötən gün birjalarda dollar 26.06 lirə səviyyəsinə qədər yüksəlmişdi.
Avro isə 0.14 faiz bahalaşaraq 28.34 lirəyə yüksəlib.
Qeyd edək ki, lirə son 2 ayda ümumilikdə 20 faizdən çox dəyər itirib.