Dollar ucuzlaşdı - RƏQƏMLƏR

Gürcüstan Milli Bankı oktyabrın 17-ə dollar və avronun lariyə qarşı rəsmi məzənnəsini müəyyən edib.

Aktual.ge xəbər portalı Milli Bankın yenilənmiş beynəlxalq valyuta məzənnələrini təqdim edir:

1 ABŞ dolları - 2.7143 GEL

1 avro - 2.9567 GEL

Qeyd edək ki, Gürcüstan Milli Bankı 16 oktyabr tarixində keçirilən valyuta hərracında 70 milyon ABŞ dolları satışa çıxarıb, ondan 64 milyon 900 min ABŞ dolları satılıb.

16 oktyabr tarixində Milli Bankın müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 ABŞ dolları - 2.7274 GEL, 1 avro isə 2.9742 GEL təşkil edirdi.

17.10.2024 23:32
11624