Dollar UCUZLAŞACAQ - Tramp bunu istəyir - AÇIQLAMA

"Trampın prezident seçkilərində qalib olmasının dünya bazarlarına təsirləri qısa və uzun müddətli kimi qiymətləndirilir. Qısa müddətli təsirləri artıq göz önündədir. Bazarlar artıq prosese reaksiya verməyə başlayıblar, səhmlərin qiymətində artımlar baş verib, ABŞ dolları möhkəmləndi".

Bu sözləri Milli.Az-a iqtisadçi ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, qısa müddətli dövrədə Trampın həyata keçirəcəyi tarif və vergi siyasəti inflyasiyanı sürətləndirəcək.

"Yəni vergilər azalıb, tariflər artacaq. Buna qarşı olaraq məcburən uçot dərəcəsi artırılmalıdır. Bu isə öz istiqamətində dolların bahalaşması investor mövqeyini ortaya çıxarır. Amma Tramp siyasətinin əsas istiqaməti ixracın təşviqidir. O cümlədən daha ucuz dolların bazarlara təklif edilməsi siyasətidir. Hansı ki, birinci hakimiyyəti dövründə bununla bağlı ABŞ Mərkəzi Bankına müəyyən təzyiqlər göstərirdi. Belə bir siyasətin növbəti hakimiyyət dövründə də davam edəcəyini proqnozlaşdırmaq olar. Əgər hər hansı formada Federal Ehtiyat Sistemi vəziyyətlə razılaşarsa, bu o deməkdir ki, orta və uzun müddətli dövrdə dollar dünya bazarlarına ucuzlasa bilər. İnflyasiya təzyiqləri həm qlobal səviyyədə, həm regional səviyyədə güclənə bilər".

Ekspert qeyd edib ki, paralel olaraq investisiya imkanları genişlənməklə şirkətlərin daha ucuz maliyyə çıxışının yaranması, dolayısıyla mənfəət normasında pozitiv marjanın artması həmin şirkətlərin səhmlərinin dəyərinə müsbət təsir göstərəməsi müşahidə olunacaq.

08.11.2024 14:47
3177