Dollar ucuzlaşa bilər: FED AÇIQLADI

ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün keçirilən iclasında son 4 ildə ilk dəfə federal fondların faiz dərəcəsini 50 baza bəndi azaldaraq illik 4,75-5 faizə endirib.

Musavat.com tənzimləyicinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, FED 2024-cü il üçün ABŞ ÜDM-in artımı ilə bağlı proqnozunu 2,1 faizdən 2 faizə endirib. 2025-2027-ci illər üçün ölkədə iqtisadi artım proqnozları 2 faiz səviyyəsində saxlanılıb.

Eyni zamanda ABŞ-da inflyasiya proqnozu müsbətə doğru yenidən nəzərdən keçirilib - 2024-cü ildə 2,6 faizdən 2,3 faizə, 2025-ci ildə 2,3 faizdən 2,1 faizə endirilib. 2026-2027-ci illərdə rəqəmin hədəf 2 faiz səviyyəsində olacağı gözlənilir. İşsizlik proqnozu, əksinə, 2024-cü ildə 4,0 faizdən 4,4 faizə, 2025-ci ildə - həmçinin 4,2 faizdən 4,4 faizə, 2026-cı ildə 4,1 faizdən 4,3 faizə qədər artırılıb. 2027-ci ildə 4,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Əksər FOMC üzvləri FED-in 2024-cü ildə faiz dərəcəsini 4,25-4,5 faizə endirəcəyini gözləyir.
Qeyd edək ki, qlobal bazarlar bu qərarı gözləyirdilər deyə hər hansı dəyişikliklər müşahidə olunmur.

 

Musavat.com

18.09.2024 22:47
2274