Dollar həftəyə artımla başladı – Banklarda nəzarət gücləndirilir!

Türkiyədə dollar və avro yüksəlməkdə davam edir.

Yenisabah.az xəbər verir ki, dollar 34,23 TL-dən başladığı həftədə cümə axşamı gününə 34,27 TL məzənnə ilə başlayıb. Avro isə 37,08 TL olub. Bildirilib ki, bank məlumatlarına nəzarət ediləcək. Həmçinin, siyasi arenada olan hərəkətlilik dollara təsirsiz ötüşməyib.

ABŞ-da seçkilər yaxınlaşdıqca və qeyri-müəyyənlik artdıqca dollar dəyər qazanır. Dolların digər valyutalar qarşısında gücünü ölçən DXY indeksi avqust ayından bu yana ən yüksək səviyyə olan 104,172 səviyyəsindədir. 

Qeyd edək ki, avro/dollar pariteti son 6 ayın ən aşağı səviyyəsinə düşüb.

24.10.2024 10:28
11173