Doğuşla Xoşqədəm arasında MÜBAHİSƏ

"Analar dünyada ən önəmli və müqəddəs varlıqdır. Amma övladının evliliyinə qarışmamalıdır. Ana ilə evlənmirsiniz".

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli müğənni Doğuş "Günaydın, Azərbaycan" verilişində deyib. Onun evliliklə bağlı sözlərinə həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı etiraz edib: 

"Üç oğlumun da məsələsində başda özüm olacağam, evliliynə qarışacağam. Qızlar elə bilməsin ki, Doğuş bəy dediyi kimi olsun. Böyük sözü, xeyir-dua olmalıdır".

Doğuş isə "Evliliyə qarışa bilməzsən. Anam istəməsəydi, səninlə evlənməyəcəkdim? Ana ilə ata günəş kimidir, isidir. Fikir almaq lazımdır. Amma" deyə, ona cavab verib. 

04.03.2023 19:44
2167