Doğuşdan əsəbi olan 3 BÜRC - Söz deyəndə ehtiyatlı olun

 

Astroloji aləmində bəzi bürclər var ki, onların adını eşidən kimi ağıla ilk gələn sözlər "sinir", "tərs" və "inad" olur. Bu bürc nümayəndələri duyğularını idarə etməkdə çətinlik çəkir, tez alovlanır və fikirlərindən asanlıqla geri dönmürlər. Bu səbəblə də münasibətlərdə və gündəlik həyatda tez-tez qarşıdurmalarla yadda qalırlar. 

Astroloqlar bildirir ki, insanların bəzi davranış xüsusiyyətləri bürcləri ilə əlaqəlidir və xüsusilə aşağıdakı 3 bürc nümayəndələri emosiyalarına hakim olmaqda çətinlik çəkir:

Qoç 
Hərəkətli və istədiyini dərhal əldə etmək istəyən Qoçlar istəkləri qarşılanmadıqda sərt reaksiya verə bilərlər. Öfkeləndikdə qərarlarında dönməz olur və öz bildiklərini oxuyurlar. Onların bu xüsusiyyətləri Qoçları doğuşdan sinirli və dikbaş bürclər sırasına daxil edir.

Buğa 
Xaricdən sakit və səbirli görünsələr də, Buğa bürcləri əsəbiləşdikdə əsl fırtınaya çevrilə bilirlər. Bir dəfə qərar verdiklərində fikirlərini dəyişdirmək demək olar ki, mümkün deyil. Bu inad və qəfil əsəb halları onları təhlükəli sakitlik sahiblərinə çevirir.

 Əqrəb
Duyğuları çox dərin yaşayan Əqrəblər incindikdə və ya qəzəbləndikdə uzun müddət kin saxlaya bilərlər. Onların nə vaxt, harada və necə partlayacağı bəlli olmaz. Əqrəblər həm də asanlıqla bağışlamayan və yaşanan hadisələri illərlə unutmayan bürclər arasındadır./Milli.Az
31.05.2025 21:33
966