Türkiyəli müğənni Doğuş Azərbaycanda əməliyyat olunub.
Bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, 3 əməliyyat keçirib.
Doğuşun böyrəyində problem olduğu qeyd edilib. Belə ki, həkim böyrək üstündəki 10 santimlik kistin kəsiləcəyini deyib.
Qeyd edək ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə ailəlidir. Onun bu nikahdan əkiz övladları var. (Axşam.az)