Doğum tarixi xərçəng riskinə BELƏ təsir edir

Gənc nəsil arasında xərçəngə tutulma riski əhəmiyyətli dərəcədə artır.

Amerika Xərçəng Cəmiyyətinin (ACS) mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, 1965-1995-ci illər arasında doğulmuş insanlarda 17-yə qədər müxtəlif növ xərçəngə tutulma riski yüksəkdir.

Tədqiqat 2000-ci ildən 2019-cu ilə qədər on milyonlarla diaqnozu təhlil edərək, gənc nəsillər arasında xərçəng xəstəliyinin artdığını aşkar edib. Millennials və X nəslinin nümayəndələrinə daha çox mədə, nazik bağırsaq, döş, yumurtalıqlar, qaraciyər, anus, bağırsaq, düz bağırsaq, uşaqlıq yolu, öd kisəsi, böyrəklər, mədəaltı vəzi, miyeloma, qeyri-kardiya xərçəngi diaqnozu qoyulub. 

Bununla belə, ümumi artıma baxmayaraq, siqaret və HPV infeksiyası ilə əlaqəli xərçənglərin azaldığı müəyyən edilib. (lent.az)

07.08.2024 20:32
828