Məşhurların həyatı hamımıza kənardan çox gözəl görünə bilər. Amma təbii ki, onların da dərdləri, qayğıları var. Bəziləri ən doğma insanlarından uzaq düşüb, əzizləri ilə düşmən halındadırlar.
Lent.az doğmaları ilə küsülü olan məşhurları təqdim edir:
Aktrisa Serenay Sarıkaya illər öncə onları atıb getmiş atasını hələ də bağışlaya bilmir. Atası cəhd etsə də, onunla görüşmür.
Aktrisa Pelin Karahan da eyni səbəbə görə atası ilə küsülüdür.
Müğənni Ebru Gündeş də atası uşaq vaxtı onu tərk edildiyinə görə ondan küsülüdür.
Aktrisa Aysun Kayaçı atası içki düşkünü və şizofreniya xəstəsi olduğu üçün onunla danışmır. Atası uşaq vaxtı Aysunun burnunu qırıb.
Aparıcı və aktrisa Burcu Esmersoy uşaq vaxtı atasının təcavüzünə məruz qaldığı üçün onunla danışmır.
Aktyor Umut Oğuz uşaq vaxtı ana-atasından şiddət gördüyünə görə evdən qaçıb və bir daha onlarla görüşməyib.
Məşhur müğənni Ajdda Pekkan da atası sağ olanda onunla danışmayıb.
Müğənni Müslüm Gursəs atası anasını qısqanclıq səbəbi ilə öldürdüyünə görə onunla danışmayıb.
Azərbaycanın şou-biznes nümayəndələrindən də ailəsi ilə küsülü olan məşhurlar var.
Rəqsanənin qızı Aysun öz bioloji atası ilə küsülüdür.
Aygün Kazımova qardaşı ilə küsülü olub.
Müğənni Musa Musayev xanımı Təranə Qumrala görə ailəsindən küsüb.
Müğənni Səidə Dadaşova atasına görə anasından və xalalarından küsüb.