Yeni tədris ilinin başlamasına sayılı günlər qala “Azerçay” məktəblilər üçün maraqlı, bol əyləncəli festival təşkil edir.
Musavat.com xəbər verir ki, sentyabrın 12, 13 və 14-ü saat 16:00-dan etibarən Gənclik parkda uşaqlar üçün müxtəlif oyunlar və yarışmalar keçiriləcək.
Kloun, cizgi film personajları əyləncə proqramını daha da rəngarəng edəcək. Eyni zamanda xınacı və üz boyamaq üçün rəssamlar da festivalda iştirak edəcək. Tədbirə gələn hər kəs “Azerçay”ın dadına baxacaq. Uşaqların ən çox sevdiyi popkorn və pambıq isə onlar üçün limitsiz olacaq. Sonda isə uşaqlara müxtəlif hədiyyələr veriləcək.
Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır.