Dneprdə 3 günlük matəm elan edildi

Dneprdə yaşayış binasına raket hücumu nəticəsində həlak olanların xatirəsinə 3 günlük matəm elan edilib.

Musavat.com xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov məlumat yayıb.

Qeyd edək ki, yanvarın 14-də Ukrayna ərazisinin kütləvi atəşə tutulması zamanı Dneprdə yaşayış binasına raket zərbəsi endirilib. Nəticədə 27 nəfər həlak olub, onlarla sakin yaralanıb.

Toğrul İSMAYIL,
Musavat.com

15.01.2023 19:32
988