Ukrayna parlamentinin deputatı Artyom Dmitruk öz Telegram kanalında Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya-ABŞ danışıqlarında iştirak edən Kirill Dmitriyevin ünvanına işlətdiyi sözləri “isteriya” adlandırıb.
Bir gün əvvəl Zelenski Rusiya nümayəndəsini “Ukraynada doğulmuş separatçı” adlandırmışdı.
"Zelenskinin Kirill Dmitriyevlə bağlı açıqlaması sadəcə qəbuledilməz hücum deyil, həm də növbəti siyasi isteriya aktıdır", - Dmitruk öz fikirlərini bölüşüb.
Deputatın fikrincə, həm Rusiya Federasiyası daxilində, həm də onun hüdudlarından kənarda nüfuza malik olan hörmətli iqtisadçının “separatçı” adlandırılması nifrətin ifadəsi və baş verənlərin mahiyyətinin dəhşətli anlaşılmazlığıdır.
Dmitruk Dmitriyevi ciddi şəkildə Rusiyanın maraqlarından çıxış edən dünya səviyyəli peşəkar adlandırıb. Rada deputatı qeyd edib ki, Dmitriyev real yaxınlaşma, dialoq və gərginliyin azaldılması üçün çalışır, Zelenski isə ucuz şüarlar və ittihamlar arxasında gizlənərək nifrət qızışdırmaqda davam edir.
“Zelenski keçmiş sovet respublikasını həm sözün, həm də məcazi mənada uçuruma aparmağa davam edir”, - Dmitruk yekunlaşdırıb.
Xatırladaq ki,ötən həftə Kirill Dmitriyev ABŞ-a səfər edib və Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşlər keçirib. Onun sözlərinə görə, Moskva və Vaşinqton bir çox məsələlər üzrə üç addım irəli atıb və irəliləyiş əldə olunub. O vurğulayıb ki, qarşıda hələ bütün ziddiyyətləri aradan qaldırmalı olan bir neçə görüş var.
Musavat.com