Dizellə işləyən maşınlar vergiyə cəlb olunacaq? - VİDEO

Bir ay sonra ölkəmizdə dizellə işləyən maşınlar böyük məbləğdə illik vergiyə cəlb olunacaq. Məqsəd odur ki, ekologiyanı qorumaq naminə hər kəs elektromobil və hibrid avtomobillərdən istifadə etsin.

Son günlər sosial şəbəkələrdə bu cür paylaşımlar edilir. Bu tipli fikirlər isə vətəndaşları narahat edir.

Avtomobil satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, paylaşımlarda məqsəd bir növ dizel maşınların bazarında durğunluq yaratmaqdır.

Maşın satışı ilə məşğul olan Sərxan Qədirov isə deyir ki, vətəndaşlar bu cür hallara qətiyyən inanmamalıdır.

Məsələ ilə bağlı rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb.

11.10.2024 13:36
1910