İlk yayın vaxtı 17 sentyabr, 21:17
Dünyada neft emalı zavodları kifayət qədər dizel istehsal edə bilmir.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, dizel qiymətləri artır. Belə ki, həm ABŞ-da, həm də Avropada artım müşahidə olunub.
Nəşr yazır ki, Səudiyyə Ərəbistanı və Rusiya dizellə zəngin olan xam neftin istehsalını dayandırıb. Sentyabrın 5-də OPEC+ blokunun liderləri olan iki ölkə məhdudiyyətləri ilin sonuna qədər, adətən yanacağa tələbatın artdığı dövrə qədər uzadacaqlarını açıqlayıblar.
Qiymətlərin daha da bahalaşacağı istisna olunmur. //Modern.az