Diyarbəkirdə zəlzələ olub

Türkiyənin Diyarbəkir şəhərinin Çüngüş rayonunda 4,2 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 02:25-də qeydə alınıb.

 

04.06.2023 03:16
764