Diyarbəkirdə sərnişin avtobusu aşıb: 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Diyarbakırın Silvan rayonunda sərnişin avtobusu aşıb. Qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki,  "Yeni Diyarbəkir" şirkətinin sürücüsünün şəxsiyyəti hələlik müəyyən edilməyib. Onun sürdüyü, 34 FMS 652 nömrə nişanlı şəhərlərarası sərnişin avtobusu Diyarbəkir Silvan yolunun 65-ci kilometrliyində idarəetmədən çıxaraq aşıb.

Musavat.com

 

07.01.2023 11:29
264