“Disney Plus” müasir Türkiyənin qurucu atası Mustafa Kamalın həyatından bəhs edən "Atatürk" serialını ləğv etmək qərarına gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu ilin noyabrın 3-dən etibarən Türkiyənin 100-cü ildönümündə serial bədii filmə çevriləcək və eksklüziv olaraq Türkiyə kinoteatrlarında nümayiş olunacaq.
Serialın 8 milyon dollara başa gəldiyi, "Disney" kinostudiyasında çəkildiyi qeyd edilir.
Qeyd edək ki, bundan əvvəl şirkət 6 seriyalı serialın bu il oktyabrın 29-da buraxılacağını açıqlamışdı.
Xatırladaq ki, bir müddət əvvəl Amerika Erməni Milli Komitəsi (ANCA) "Disney"dən böyük Atatürklə bağlı serialı ləğv etməyi tələb etmişdi.
Musavat.com