DİQQƏT! Sabahdan bu yolda hərəkət TAM məhdudlaşdırılır

Sabah saat 06:00-dan avqustun 16-sı saat 19:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Musavat.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

12.08.2024 14:52
1808