DİQQƏT! Polis bu qızı axtarır

Masallıda 17 yaşlı qız gözəllik salonundan çıxaraq itkin düşüb.

Musavat.com Report-a istinadla xəbər verir ki, hadisə oktyabrın 25-də rayon ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Hacıyeva Yeganə Ramin qızı işlədiyi gözəllik salonundan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

27.10.2022 09:55
1535