Diqqət! Bu tarixdə telefon və planşetiniz üçün problem yarana bilər

26 oktyabr 2024-cü il tarixində saat 10.19-da pik nöqtəsinə çatan güclü günəş alovu haqqında çox danışıldı.

BAKU.WS xəbər verir ki, NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) Günəşdə baş verən partlayışın görüntüsünü çəkə bilib.

ELEKTRİK ŞƏBƏKƏLƏRİNDƏ AXSANMALARA SƏBƏB OLA BİLƏR

Qeyd edilib ki, partlayış bütün dünyada radiosiqnallarda, naviqasiya sistemlərində və elektrik şəbəkələrində nasazlıqlara səbəb ola bilər.

Bildirilib ki, orbitdəki astronavtlar və kosmik gəmilər üçün də təhlükə yaradan partlayış X1.8 sinifinə aiddir.

HƏMÇİNİN KOSMOS ARAÇLARI ÜÇÜN RİSK TƏQDİM EDİR

İntensivliyinə görə təsnif edilən partlayışlarda "Class X" ən güclü partlayış hesab olunur.

Bu cür partlayışlar rabitə, GPS və elektrik şəbəkələrində fasilələrə səbəb ola bilsə də, günəş alovları astronavtlar və kosmik gəmilər üçün radiasiya riski də yaradır.

Qeyd edək ki, bu tipli partlayışların yaxın günlərdə yenə baş verə bilər.

29.10.2024 22:00
543