DİQQƏT! Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakı şəhərinin Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Oktyabrın 10-da saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

10.10.2023 09:00
887