DİQQƏT! Bakıda yanğına görə bu yolda sıxlıq yaranıb

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində baş verən yanğın səbəbindən “Statistika dairəsi” istiqamətində yolda sıxlıq yaranıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

28.08.2023 16:02
742