DİQQƏT! 1800 abonentin qaz təchizatında məhdudiyyət olacaq

Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

Masallı rayonu Bambaşı kəndində diametri 219 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınız və təhlükəsizlik tədbirlərinə riayət etməyiniz sizdən xahiş olunur. (Report)

11.02.2024 17:20
708