DİN: "Xankəndi şəhərində qəsdən yanğınlar törədilir"

Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra bütün ərazilər tam nəzarətə götürülməklə müşahidələr aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Daxili İşlər və Müdafiə nazirliklərinin əməkdaşları tərəfindən bölgədə hüquq qaydasının təmini istiqamətində kompleks tədbirlər görülür, müvafiq postlar quraşdırılmaqla xidmət təşkil edilib.

Müşahidə olunur ki, əsasən Azərbaycan Respublikasının Xankəndi şəhərində qarşı tərəf qəsdən yanğınlar törədir, müxtəlif inzibati binalarda sənədlərin, maddi sübutların, arxivlərin məhv edilməsi prosesini həyata keçirir.

Azərbaycan Respublikasının müvafiq dövlət qurumları bölgədə mövcud vəziyyətə tam nəzarət edir, erməniəsilli vətəndaşlarımıza humanitar köməkliklər göstərirlər, daxil olan müraciətlərə etinasız yanaşmırlar.

Musavat.com

22.09.2023 19:27
1898