DİN Xankəndi ilə bağlı MÜHÜM MƏLUMAT yaydı

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

02.04.2024 09:53
1654