Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları respublikanın avtomobil yollarında hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır.
Musavat.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
"Sürücülərdən xahiş edirik, sürət həddini hava şəraitinə uyğun tənzim etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir", məlumatda bildirib.