Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq, təpikləyib.
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi oxu.az-ın sorğusunu cavablandırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:
“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.