DİN məlumat yaydı

Yanvarın 22-də vətəndaşlardan 23 silah götürülüb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 13 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil alıblar.

Bundan başqa, keçirilən tədbirlərlə qanunsuz saxlanılan 2 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

23.01.2024 09:50
869