Qəbələ rayonunda 2021-ci il dekabrın 25-də 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.