DİN məlumat yaydı: "Araşdırılır..."

Sosial şəbəkələrdə naməlum şəxslərin Bakıda Ermənistanla bağlı kitablar yayması barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, qeyd olunan ünvana kitabların qoyulması barədə yayılan məlumatlar üzrə araşdırma aparılır.

Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.

11.03.2024 12:37
1417