DİN Laçında iki nəfərin minaya düşməsi ilə bağlı açıqlama verib

Laçında iki nəfər minaya düşüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Musavat.com-a bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.

21.10.2022 21:12
997