DİN kibertalama və kiberdələduzluqla bağlı növbəti müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb.

DİN-in məlumatında bildirilib ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.

“Özünüzü dələduzlardan qoruyun. Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir. DİN vətəndaşları ayıq-sayıq olub bu kimi detallara diqqət etməyə çağırır”, deyə DİN vurğulayıb.

 

04.12.2023 17:52
468