Xəbər verdiyimiz kimi, Azərbaycanın rayonlarından birində anası övladını başqa kişiyə verərək tərk edib. Azyaşlı qorxaraq Bakıya qaçıb. Bu gün isə sığınacaqlardan birinə yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, yetkinlik yaşına çatmayan həmin şəxs bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən Xırdalan şəhərində baxımsız vəziyyətdə aşkar olunaraq sığınacağa yerləşdirilib.
“Onda olan xəsarətlərlə bağlı ekspertiza təyin edilib və araşdırmalar aparılır”, - deyə DİN rəsmisi qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com